Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto

Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
16 aprel 2021
# 18:17

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub.

APA-nın yerli bürosu xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər. Onlar dünya şöhrətli bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər düzüblər.

Bəstəkarın ailə üzvləri çıxış edərək, Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra onlar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər. Onun həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

Qeyd edək ki, Qəmbər Hüseynlinin 105 illiyi ilə əlaqədar olaraq doğulub böyüdüyü evin fasadındakı barelyef dəyişdirilərək, yenisi ilə əvəz olunub.

# 3285 dəfə oxunub

Oxşar xəbərlər

Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər