O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu

O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
21 oktyabr 2020
# 17:12

Kulis.az Allahşükür Ağanın Azərbaycan əsgərinə yazdığı məktubu təqdim edir.

Salam, əziz Dostum!

Hər uğurlu addımınla qürur duyuram. İgidliyin, qəhrəmanlığın bir şair dostun kimi məni çox sevindirir.

Əziz Dostum! Əsgərlik peşə deyil, müqəddəs amaldır. Məndən fərqin bu yağışlı, küləkli günlərdə qorxmadan gəzdiyin səngərdə böyük tarix yazmağındır. Belə də olmalıdır. Axı “Vətən - Əsgər əmanəti” deyilmişdir.

Vətən savaşının bu gün 25-ci günüdür. Cəbrayıl rayonu və kəndləri, Füzuli rayonu və kəndləri, Xocavəndin bir sıra kəndləri, Zəngilan şəhəri və kəndləri, Murov dağı silsiləsindəki Murov zirvəsi, bir sıra strateji yüksəkliklər mənfur düşməndən azad olunub. Bu böyük uğurun müəllifi sənsən - Əziz Dostum! Sənə təşəkkür edirəm. Dualarım səninlədir. Həzrəti Əlinin qılıncının gücü, Həzrəti Hüseynin iradəsi, Hz.Əbəlfəz Ağanın qeyrəti daim sənə kömək olsun.

O gün olsun üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalansın. Məncə, o gün uzaqda deyil, yaxındadır. Belə cəsarətli danışmağım sənə olan inamımın bariz nümunəsidir.

Əziz Dostum, sonda bir bəndlik şeir sovqatımı qəbul etməyi səndən rica edirəm.

Gur səsin qoy titrətsin,
Duysunlar haqqın səsin,
Hey zəfərə tələsin,
Azərbaycan Əsgəri
Eşq olsun Azərbaycan Əsgərinə!
Qarabağ Azərbaycandır!

# 3440 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər