Musiqiçimizin albomu dünyaca məşhur leyblda işıq üzü gördü

Musiqiçimizin albomu dünyaca məşhur leyblda işıq üzü gördü
1 may 2021
# 13:15

Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabski “Warner Music Group” leyblında ilk albomunu çıxarıb.

Kulis.az xəbər verir ki, pianoçunun dünyaca məşhur “Warner Music Group” şirkətinin əməkdaşlığı ilə yazılan “Planet” albomu Beynəlxalq Caz Günündə işıq üzü görüb.

“Albom mənim dünyamıza olan hisslərimi və düşüncələrimi ümumiləşdirdiyi üçün Planet adlanır. Mən son illər bizim hamımıza təsir edən insanlar və hadisələr, düşdüyümüz vəziyyətlər, dinləyicilərimlə dialoqa çıxmaq yollarım barədə düşünürəm”, - deyə İ.Sarabski qeyd edir.

“Warner Music Group” – həcminə və səsyazma studiya şəbəkəsinə görə “böyük səsyazma şirkətləri üçlüyünə” daxil olan üçüncü konserndir. Sarabski “Warner Music Group” şirkəti ilə iki – elektron və caz musiqisi albomunun buraxılması üçün 2019-cu ilin dekabrında müqavilə imzalayıb. Həmçinin müqaviləyə əsasən əlavə layihə və albomların buraxılması imkanı da nəzərdə tutulur.

Qeyd edək ki, İsfar Sarabski “Warner Music Group” şirkəti ilə biznes-müqavilə bağlayan ilk azərbaycanlı caz musiqiçi və elektron janrda çalışan musiqiçidir.

# 3302 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər