Mirzə Cəlilin Tbilisidəki ev-muzeyi yenidən qurulacaq - Fotolar

Mirzə Cəlilin Tbilisidəki ev-muzeyi yenidən qurulacaq - Fotolar
7 iyul 2021
# 16:01

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib.

Kulis.az xəbər verir ki, nazir muzeyin hazırkı vəziyyəti ilə tanış olub.

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10 ailə yaşayır.

Sakinlər bildiriblər ki, ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Qeyd olunub ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır. Bu işlərə tələb olunan xərclərin təkrar hesablanmasına ehtiyac yaranıb.

A.Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq. Muzeyin təmir və bərpası Gürcüstan qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. İnteryerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, muzey özünün ilkin vəziyyətinə uyğun bərpa olunmalıdır. O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.

Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub.

Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir elə həmin gün Tbilisidəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.

# 2996 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər