Koronavirusa yoluxub sağalan Əməkdar artist: "Necə hallara düşdümsə..."

Koronavirusa yoluxub sağalan Əməkdar artist: "Necə hallara düşdümsə..."
12 may 2020
# 12:05

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxub. Həm də ailəlikcə. Aktrisa sağalsa da, hələ karantindədir.

Lent.az -a bu barədə aktrisa özü məlumat verib. Deyib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb: “Necə hallara düşdüksə, Rafiqi unutduq, qaldıq öz hayımıza. Onsuz da yas vermək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik. Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız müxtəlif klinikalarda koronavirusdan müalicəyə yatırıldıq”.

Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Şəfəq xanım Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb. Bu günlərdə isə qızı evə buraxılacaq. İki həftə də evdə karantində olmalıdırlar.

Aktrisa Lent.az vasitəsi ilə onun fikirlərini əhaliyə çatdırmağımızı istədi: “Çoxları bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım, ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən nəfəs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar.

Harada, necə yoluxduq, bilmirəm, biz karantində idik evdə, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sağ olsun hökumətimiz, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, maariflənsin bu xəstəliklə bağlı, özlərini, əzizlərini qorusunlar. Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum. Karantin bitən kimi çıxıb efirlərə bu barədə danışacam ki, heç kim mən yaşayanı yaşanasın".

# 5357 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər