İftarı gözləyərkən - İlqar Kamil yazır

İftarı gözləyərkən - İlqar Kamil yazır
25 aprel 2020
# 13:50

Hansısa araşdırmalar göstərsə ki, xanımlar ailə qurmaqçün maşını olan kişilərə üstünlük verirlər, tez özümüzdən çıxmayaq, bu tərcih, çox yəqin ki, maşına (dünya malına) görə deyil, sürücü kişilərin idarəçilik qabiliyyətinə görədir. Qadınlar öz təbii instinktləriylə idarəçilik qabiliyyəti olan kişiləri daha çox sevirlər, - deyirəm, gülüşürük.

Yaroslavldan ta qədim Bryanski şəhərinəcən dəyiş-düyüş eləyib sürdük maşını, Moskvayacan mən, ordan o yana dostum. Xeyli maraqlı səfər idi, nə yalan deyim, vaxt hardan gəldi, hardan getdi, bilmədik. Yola körpü də saldıq, məscid də tikdik, hələ üstəlik, çayxana da açdıq: nələr haqda danışmadıq biz!

Ünvana çathaçatda bir sükana, bir mənə baxdı dostum, dərin-dərin qayıtdı ki, abi, kaş ən azı maşını idarə etdiyimiz kimi, maşını idarə etdiyimiz qədər idarə edə biləydik özümüzü də!

Tutuldum qaldım.

Qabaqdan da orucluq ayı gəlirdi.

Bu haqda nələr danışmaq olardı, ya Rəbb, mənsə düşünməyi tərcih etdim.

Ana kitab orucluğu "siyam" sözüylə ifadə edir. Siyam "sövm" kökündəndir, və sövm "tutmaq" deməkdir. Yəni oruc tutmaq, əslində, özünü tutmaqdır. Eynən belə: Oruc tutmaq = özünü tutmaq! Nəzərə alanda ki, bəşəriyyət bu gün özünü buraxmış "azadələrin" yaratdığı fəsadların acısını çəkir, inanın, başqa sözə gərək qalmır.

Oruc tutmaq özünü tutmaqdır, bəs özünü tutmaq nədir? Əlbəttə ki, özünü idarə etmək - ən azı, dostumun maşını idarə edə bildiyi qədər. Elə isə, düşünün, bəs siz nəyi çox rahatlıqla idarə edə, işlədə bilirsiz? Qələmi, kompyuteri, nəyi? Bax, özümüzü də ən azı o qədər idarə bilsəydik samanlıq seyran olardı.

Hamılıqla instinktlərimizin köləsinə çevrilməmişikmi, əzizim? Nə istəyir, edirik, nə tələb edir, danışırıq, nəyə deyir, baxırıq - səssiz-səmirsiz, sorğusuz-sualsız; oysa, biz hər şeydən, hər kəsdən əvvəl özümüzə (ən böyük zalıma) YOX deməyi bacarmalıydıq. Nəfsinin əsiri olan "azad" insan qədər cılız və təhlükəli varlıq yoxdur bu dünyada, və oruc tutmaq nəfsin ağzının üstündən vurmaqdır.

Ağılın bir ay boyunca təşkil etdiyi etiraz mitinqidir oruc, nəfsi istefaya çağırmaq və iradəni hakimiyyətə gətirməkdir. Yəni əslində, bir inqilabdır oruc tutmaq, üsyandır, etirazdır... deyilsə, ustad Şəriəti demiş, sadəcə yemək vaxtlarını dəyişməkdir, vəssəlam.

# 4081 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər