Berlin Festivalından gender açıqlaması

Berlin Festivalından gender açıqlaması
31 avqust 2020
# 15:54

Berlin Film Festivalının (“Berlinale”) təşkilatçıları gender bərabərliyini qorumaq məqsədilə bundan sonra “ən yaxşı aktyor” və “ən yaxşı aktrisa” kateqoriyasında mükafatlandırmadan imtina edib.

Son vaxtlar kino aləmində gender ayrı-seçkiliyi ilə bağlı baş verən qalmaqalları nəzərə alan festivalın rəhbərliyi ifaçılıq bacarıqlarına görə aktyor və aktrisa bölgüsü etməyəcək. 2021-ci ildən başlayaraq festivalda xüsusi mükafatlar yalnız əsas rollar və ikinci dərəcəli rollar üzrə veriləcək.

Festivalın direktorları Mariet Rizenbek və Karlo Şatriana birgə müraciətlərində bildiriblər ki, gender bərabərliyini qorumaq üçün atılan bu addım kino sahəsində bir siqnal olacaq.

Rəhbərlik həmçinin 71-ci Berlin Film Festivalının 11-21 fevral 2021-ci il tarixində canlı formatda, ənənəvi qaydada keçiriləcəyini elan edib.

Yeniliklərdən biri də festivalın “Nəsillər” adlı qısametrajlı proqramından imtinadır. Bundan sonra bu proqramda yalnız 60 dəqiqədən az olmamaq şərtilə filmlər nümayiş olunacaq.

Film festivallarının gender siyasəti ilə bağlı problemləri və bunların həlli yollarının tapılması ilə bağlı müzakirələr bir neçə ildir davam edir. Bu məsələlərin sonu olaraq Kann və Berlin festivallarının direktorları 2019-cu ilin yayında “Gender bərabərliyinə dair memorandum” imzalayıbar. Sənədin müddəalarına uyğun olaraq, müsabiqə proqramında təmsil olunan kişi və qadınların sayı bərabər olmalıdır.

Beləliklə, “Berlinale” dünyada gender ayrı-seçkiliyinə son verən ilk böyük film festivalı kimi tarixə düşəcək. /azertag.az/

# 2718 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər