Anar Meksika səfiri ilə görüşdü

Anar Meksika səfiri ilə görüşdü
15 aprel 2021
# 14:49

İkitərəfli ədəbi əlaqələrin müzakirəsi məqsədilə Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Xalq yazıçısı Anar Meksika ədəbiyyatına oxucuların marağını vurğulayaraq, AYB nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son tərcümələr haqqında məlumat verib.

Mərkəzin direktoru Səlim Babullaoğlu, öz növbəsində, qeyd olunan mərkəzin funksiyaları və fəaliyyətindən danışıb.

Səfir Rodriqo Labardini ikitərəfli mədəni və ədəbi əlaqələrin təşviqində AYB-nin rolunu qeyd edib. Bu xüsusda, meksikalı yazıçı David Toskananın Bakıya səfəri və AYB-də azərbaycanlı ədib və oxucularla keçirdiyi görüşləri xatırladıb.

Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Hər iki ölkənin yazıçılarının əsərlərinin tərcüməsinə təkan vermək vacib hesab edilib, eyni zamanda, gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.

# 3030 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər