7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
7 oktyabr 2024
# 18:30

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı çərçivəsində oktyabrın 2-dən 6-dək Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, əsas mövzusu “SEVGİ” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib.

Festival 3 əsas proqramdan – müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün proqramlardan ibarət idi.

Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar.

Bağlanış mərasimi zamanı həmçinin 7-ci ANİMAFİLM Festivalının, “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Festivalın qalibləri:

“Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında: “Pear Garden” (Armud bağı) filmi. Rejissoru Shadab Shayegan. Almaniya

“Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “The Family Portrait” (Ailə portreti) filmi. Rejissor Lea Vidakovic. Xorvatiya

“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında: “The Night Tunnel” (Gecə tuneli). Rejissor Annechien Strouven. Belçika

“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “Baking With Boris” (Boris ilə çörək bişirmək) filmi. Rejissor Maša Avramović. Fransa

“Tamaşaçı rəğbəti” mükafatı: “İnanna”. Rejissor Rüstəm Bəşirov. Azərbaycan

"Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət Mükafatı)” nominasiyası üzrə: “Çox düşünərkən”. Rejissor Zəhraxanım Quluzadə. Azərbaycan

“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Zamanın arxasınca”. Rejissorlar Ayla Qasımova, Si Yi Lee. Azərbaycan, ABŞ

Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı animasiya filmi”): “Wild Animal” (Vəhşi heyvan). Rejissor Tianyun Lyu. Çin

Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi”): “Puddle” (Gölməçə). Rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde. Danimarka.

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.

Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib.

# 2640 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər