2024-cü ildə qeydiyyatdan keçən Azərbaycan filmləri

2024-cü ildə qeydiyyatdan keçən Azərbaycan filmləri
12 avqust 2024
# 14:38

Ölkə daxilində istehsal olunan, eləcə də Respublikaya gətirilən hər bir film kütləvi nümayişə çıxarılırsa, kinoteatrlarda nümayiş etdirilirsə, dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.

Kulis.az xəbər verir ki, filmlərin dövlət reyetsri bu mənada həm də statistik informasiya mənbəyi kimi dəyərlidir. Reyestrdəki siyahı ilə tanış olduqda ölkə ərazisində həmin dövrdə istehsal olunmuş filmlərlə bağlı məlumat əldə etmək mümkündür.

2024-cü ilin ilk 6 ayında dövlət reyestrində 28 yerli film qeydiyyatdan keçib. Bunların 13-ü sənədli, 15-i isə bədii filmdir. Qeyd edək ki, 2023-cü il ərzində ümumilikdə 82 Azərbaycan filmi qeydiyyatdan keçmişdi.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 6 ayında ölkə kinoteatrlarında 20 yerli film nümayiş olunub.

FİLMLƏRİN SİYAHISI

N FİLMİN ADI İSTEHSALÇI REJİSSOR NÖV
1 Azərbaycanlı alimin dünya meridianları Zəngəzur TV Mircəlil Ağayev Sənədli
2 İtən gündəlik Qatfarfilm Sədaqət Kərimova Bədii
3 Apatiya Hikmət Rəhimov Bədii
4 Bö Azərbaycan Film Akademiyası Zaur Tahirsoy Bədii
5 Xəfif cinayətlər Azərbaycan Film Akademiyası Zaur Tahirsoy Bədii
6 Bir səfərin izi ilə – Yaponiya Azər Qərib Sənədli
7 Şəhidlər evə qayıdır Bayfilm Sahil Nəzərov Sənədli
8 İyirmi birinci möcüzə Nijat Mehdi Film Production Şahin Qəhrəman Bədii
9 Ülkər FS Film Company Xəyalə Meydanova Bədii
10 Tanrının xilas əli Babək Abbaszadə Sənədli
11 Bütün təhdidlərdən uca Babək Abbaszadə Sənədli
12 Embrion yuxusu Alex Film Production Asif Abramov Bədii
13 Ustad dərsi SS Production Samir Səmədov Sənədli
14 Səma ilə görüş Azərbaycan Kino Mərkəzi Rüfət Şahbazov Bədii
15 Nisan NN Film İbrahim Bülbül Bədii
16 Dostum, yoxsa sevgilim Dream Big Company Elvin Abdullayev Bədii
17 Tabuta sığmayanlar Zahir Əsədov Sənədli
18 Ömürdən anlar Elnurə Kazımova Sənədli
19 Mənim oğlum Ramil Babayev Sənədli
20 Lənətli kitab NN Film Natiq Novruzov Bədii
21 Şəhidlər unudulanda ölürlər Nova Gorica Kino Mərkəzi Aydan Əhmədova Sənədli
22 Kandar Bumeranq film İlkin Yusif Bədii
23 Şor biznes And production Valeh Əhmədov Bədii
24 Daş Dəmir Paşa / Canavar LT Group Leyla Tofiqqızı Sənədli
25 Şuşanın tək incisi Zəhra Quliyeva Sənədli
26 Rza Əli Əbdülsəmədzadə Bədii
27 Bir səfərin izi ilə – Çin Xalq Respublikası Oralar Azər Qərib Sənədli
28 Həci başqadu Elşad Zarafatsız Bədii

# 6264 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər