2021-ci ildə nələr baş verdi? – İlin yekunu

2021-ci  ildə nələr baş verdi? – İlin yekunu
30 dekabr 2021
# 17:15

2021-ci ilin bitməyinə artıq sayılı günlər qaldı. Bu il Azərbaycan mədəniyyətində nələr baş verdi? Hansı hadisələrə şahid olduq?

Əlamətdar hadisələr

Dünya

Ədəbiyyat üzrə Nobel mükafatı tanzaniyalı yazıçı Abdulrazak Gurnaha verildi.

The Nobel Prize on Twitter: "BREAKING NEWS: The 2021 #NobelPrize in  Literature is awarded to the novelist Abdulrazak Gurnah “for his  uncompromising and compassionate penetration of the effects of colonialism  and the

Beynəlxalq Buker mükafatı Seneqal əsilli fransız yazıçı David Diopun "Gecə bütün qanlar qara rəngdədir" əsərinə verilib.

Beynəlxalq Buker mükafatının sahibi bəlli oldu

Məşhur türk yazıçı Orhan Pamuk “45. Sedat Simavi Ödülleri” mərasimində ədəbiyyat mükafatı ilə təltif edilib.

Orxan Pamuk haqqında - Seymur Baycan yazır

Anar Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edildi.

Kinematoqrafiya şöbəsinin adı dəyişdirilərək “Audiovizual və interaktiv media şöbəsi” adlandırıldı.

Azərbaycan

2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildi. Nizami Gəncəvinin adı ilə bağlı esse yarışmaları, müsabiqələr, bir sıra tədbirlər keçirildi, eyni zamanda bir neçə yeni nəşri çap olundu, müxtəlif dillərə tərcümə edildi.

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

Anar “Təhminənin son sirri” hekayəsini yazmışdır. Bu hekayə Anarın uzun illər sonra qələmə aldığı ilk hekayə oldu. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” povestində hamının axtardığı Spartakla bağlı hissəyə aydınlıq gətirən hekayə oxucuların və ədəbi publikanın diqqətini çəkdi. Hekayə xeyli müzakirə olundu, tənqid və tərif edənlər oldu. AYO-nun sədri Rasim Qaracanın yazısına isə Anar Rzayev ayrıca yazı həsr etdi.

Təhminənin sirri açıldı - Anardan yeni hekayə

Oktyabr və dekabr aylarında Bakıda, noyabrda isə Sumqayıt və Gəncə şəhərlərində Milli Kitab Sərgisi keçirildi.

Bakıda Yeni il Milli Kitab Sərgisi keçiriləcək

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsindəki Şahbulaq qalasında yazıçı-jurnalist İlqar Rəsulun “Sara” romanının təqdimatı oldu.

Seymur Baycanın Salman Rüşdi polemikası ilin ən maraqlı ədəbi hadisəsi kimi yaddaşlarda qaldı. Yazıçı-publisist S.Baycan Salman Rüşdinin məşhur “Gecəyarısı uşaqları” romanını sərt tənqid etmiş, eyni zamanda o romanı tərifləyən yazarları da zövqsüz adlandırmışdı. Tərəflərin bir-biri haqqında yazdığı polemik yazılarla bu mövzu xeyli müzakirə olundu. Daha sonra Seymur Baycan “atəşkəs” elan eləyib mövzunu qapatdı.

Seymur Baycan: “Xəcalətimdən ölüb yerə girmək istəyirəm” – Müsahibə

Bakı qısa film festivalı qalmaqalı da ötən ilin yadda qalanları sırasındadır. İki nominasiyada (“ən yaxşı bəddi film”, “ən yaxşı rejissor”) qalibin elan olunmaması və bu nominasiyaların boş qalması iştirakçılar arasında narazılıq yaratdı. Bu narazılıq sosial şəbəkələrə daşındı və məsələ ictimaiyyətin də diqqətini çəkdi.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalında qaliblər müəyyənləşdi -

Sevda Sultanova və Hikmət Rəhimovun polis qalmaqalı. Sevda Sultanova aktyor Hikmət Rəhimovun onu və dostlarını təhqir etdiyini və buna görə də aktyoru polisə verdiyini açıqlamışdı. H.Rəhimov isə məsələ ilə heç bir açıqlama vermədi.

Hikmət Rəhimov özünü sənət adamı hesab edirsə və düşünürsə ki, məşhurdur...”

Jan-Klod Van Dammın oğlu azərbaycanlı qızla evlənməyi. Məhşur kino ulduzu Jan-Klod Van Damm oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurması ilin ən yadda qalan və əyləncəli hadisəsi olmuşdu.

VANDAMIN OĞLU AZƏRBAYCANLI İLƏ EVLƏNDİ - YouTube

Səmra Rəhimli "AZN" mahnısına çəkdirdiyi erotik klipdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin misralarından (“Millət necə tarac olur-olsun, nə işim var”) da istifadə etmiş və onun bu hərəkəti kütləvi şəkildə linç olunmuşdu.

Səmranın klipində Mirzə Ələkbər Sabir detalı - VİDEO - xeberler

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin çəkilməsi. Bu çəkilişin anonsundan film hazır olana kimi cəmiyyət arasında ikitirəlik yarandı. Bir tərəf filmin azərbaycanlı jurnalist barədə olmasını deyir, digər tərəf isə bundan sonra da başqa filmlərin çəkiləcəyini vurğulayırdı. Bu mübahisə uzun çəkdi və film ərsəyə gələndə də səngimədi.

Fulya” sənədli filminin təqdimatı olacaq

“Əli və Nino”nun klassik şairlərimizin fotolarını fərqli görüntüdə təqdim etməsi. Füzulinin şlyapada, Nəsiminin velosipeddə, Sabirin isə skuterdə olan modern fotoları izləyicilərin qəzəbinə səbəb olmuş və onlar kitab mağazasını tənqid etmişdilər.

Şlyapalı Füzuli, velosipedli Nəsimi, skuterli Sabir: Bu, nədir belə?

Daha bir “Əli və Nino” qalmaqalı isə kitab oğurluğu ilə bağlı idi. Rejissor Elməddin Süleymanov və Elvin Əhmədovun Bakının Səbail rayonunda kitab mağazasından oğurluq etdiyi aşkarlanmış və daha sonra onları polis bölməsinə gətirmişdilər. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınmışdı. Bu hadisə sosial şəbəkədə xeyli müzakirə olundu və tutulanların günahsız olduğu vurğulandı. Daha sonra hər iki şəxsi azadlığa buraxdılar. Bu hadisəni daha sonra rejissor Elməddin Süleymanovun yeni filmində də istifadə edəcəyi bildirildi.

Kitab oğurluğu oğurluq deyil” fikri kökündən səhvdir” - Deputat

Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselyne Bachelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif olundu.

Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan aylarla küsülü qaldım”-MÜSAHİBƏ -  Xural qəzeti

AYO-nun (Azad Yazarlar Ocağının) yaradıcılarından biri Azad Yaşar AYB-yə üzv oldu. Onun AYB-yə üzv olması və qurumun sədri Anar Rzayevlə şəkil çəkdirməsi sosial şəbəkələrdə xeyli müzakirə olundu.

Возможно, это изображение (один или несколько человек, люди стоят и в помещении)

Ulucay Akif Kulis.az saytının baş redaktoru təyin olundu.

Ulucay Akif: Atama görə məndən xoşu gəlməyən, işimə əngəl törədənlər daha  çox olub - MÜSAHİBƏ

Kulturoloq Aydın Xan uşaqpulu istəyənləri təhqir etmişdi. Onun bu videosu xeyli səs-soraq doğurdu və günlərlə gündəmdən düşmədi.

Təkcə məni söymürlər ki?” – Aydın Xan qalmaqallı açıqlamasından danışdı  Yeni Sabah

ADO teatrının rejissoru Elmin Bədəlov küçə performansı göstərərkən saxlanılmış, daha sonra buraxılmışdı.

Küçədə rəqs edən aktyor dəlidirmi?

Kulis.azda yayımlanan Əkrəm Əylislinin müsahibəsi də ilin ən yadda qalan hadisəsi oldu. Müsahibədə Əkrəm Əylisli indiyə qədər toxunmadığı mövzulara toxundu, ədəbi qovğada olduğu şəxslərin adlarını çəkdi və bu qovğanın səbəblərindən danışdı.

Əkrəm Əylisli, yazıçı

Kulis.azın keçirdiyi “İlin hekayəsi” müsabiqəsi də ilin ən maraqlı ədəbi hadisəsi oldu. 209 hekayənin yarışdığı hekayədə əvvəlcə 20-lik, daha sonra 10-luq müəyyən olundu. 29 dekabrda isə üç nominasiyada (I yer Fəridə Məmmədova, ikinci yer Sənan İsmayılov, üçüncü yer Bircə) qalib elan olundu. Onlayn səsvermədə seçilən hekayə isə (Nihat Pir) ayrıca mükafatlandırıldı.

İlin hekayəsi” müsabiqəsində qaliblər bəlli oldu

Bu il fərqlənən kitablar

(yerli)

Ramiz Rövşən - “Köhnə qorxular”, “Bu dünyanın hər sifəti”

Seymur Baycan - “Mənim mübarizəm 8”

Kəramət Böyükçöl - “Əlqəmə”

Vüqar Babazadə - “Arxalardakılar”

Ulucay Akif - “Gizlənqaç”

İlkin Rüstəmzadə - “Qaranlığın hekayəsi”

Orxan Saffari - “Hüznsov Depressiya”

Rafiq Tağı - Hekayələr (V cild)

Nazlı Çələbi - “Həzz”

Təranə Vahid - “Qarışqa təqvimi”

Orxan Həsəni - “Füzulinin dişi”

Mirmehdi Ağaoğlu - “Zəfərin izi ilə”

Rasim Qaraca - “On bir gecə”

İlqar Rəsul - “Sara”

Əsəd Qaraqaplan - “Ah Deliriya”

İlin tərcümələri

Mürtəza Müşfiq Kazımi - “Qorxulu Tehran”

Cared Daymond - “Silahlar, Mikroblar və Polad”

Erika Fatland – “Yaysız bir il”

Bu il fərqlənən filmlər, seriallar

(yerli)

“Biləsuvar” (Elvin Adıgözəl)

“Sonuncu Pərdə (Emil Quliyev)

“Luger” (Əlixan Rəcəbov)

“Zəhər Tuluğu” (Orxan Mərdan, Taleh Yüzbəyov)

“Soyuq Günəş” (Məlahət Əhməd)

(xarici)

Dune

The power of dog

Hörümçək adam: Evə qayıtmaq olmaz

Squid Game

La Casa De Papel

Leyla ile Mecnun yeniden

Bu il fərqlənən tamaşalar

"Ağ bığlılar" - Pantomima teatrı

“Müsyo Jordan və dərviş Məstəli Şah” - Gənc Tamaşaçılar teatrı (onlayn)

“Manqurt” - Akademik Milli Dram Teatrı

“5 manatlıq gəlin” - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

“Kloun Z” - YUĞ Dövlət Teatrı

# 1999 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

15:00 18 aprel 2024
Azərbaycan baleti İtaliya səhnəsində

Azərbaycan baleti İtaliya səhnəsində

14:20 18 aprel 2024
"Avroviziya" mahnımız yeni versiyada - Video

"Avroviziya" mahnımız yeni versiyada - Video

13:30 18 aprel 2024
Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
#
#
# # #