“Twitter”dən necə istifadə etməli? - PASPORT

“Twitter”dən necə istifadə etməli? - PASPORT
29 aprel 2011
# 10:42
Twitter (ingiliscə “twit” sözünün lüğət mənası “civildəmək, cikkildəmək” deməkdir) – qısa (uzunluğu 140 simvol olan) qeydlərin dərc edildiyi mikroblok və sosial şəbəkə sistemidir.

2006-cı ildə Cek Dorsi tərəfindən yaradılıb. 200 milyona yaxın istifadəçisi var. Twitterdə qısa, yığcam fikirlər paylaşıldığı üçün ona “İnternet dünyasının SMS”i də deyirlər. Burda qeydiyyatdan keçmək cəmi bir dəqiqə vaxt alır.

Twitter yeni media da sayıla bilər. Siz ən son xəbərləri siz agentliklərdən, qəzetlərdən deyil, birbaşa hadisənin şahidləri, iştirakçılarından eşidə bilərsiniz.

Dünyanın bir çox məşhur insanlarını burda izləmək mümkündür. Prezidentlər, yazıçılar, alimlər, aktyorlar, jurnalistlər, aktivistlər, bloggerlər bu şəbəkənin fəallarındandır. Məsələn, Barak Obama prezident seçkiləri dövründə Twitter sosial şəbəkəsində güclü təbliğat aparıb.

Azərbaycanda bu şəbəkənin istifadəçilərinin sayı 1500-ə yaxındır.

Bəs Twitterdən necə istifadə etməli?

1.SEARCH (Axtarış) yerinə sizə maraqlı olan hadisəni, xəbəri qısa şəkildə yazın. Məsələn, #Bakı yazsanız, Bakı haqqında yazılan bütün informasiyalar xəbər lentində görünəcək.

2.Yuxarıda yazılan “#” işarəsinin adı Hashtag-dır. Hashtag informasiya axınını tənzimləyir. İstənilən sözün qarşısında hashtag qoyub rahatlıqla tapa bilərsiniz.

3.Twitterdə şərh yazmaq, “Like” etmək yoxdur. Əgər kiminsə yazdığı qeydə cavab vermək və ya kiməsə yazmaq istəyirsinizsə, bunu MENTİONS vasitəsilə edirsiniz. İstifadəçinin adının qarşında @ işarəsini qoymaqla twitiniz onunla bölüşürsünüz. Məsələn, @barackobama yazıb onu qeydinizdən xəbərdar edə bilərsiniz.

4.Twitterdə dediyimiz kimi, “Like” yoxdur, RETWEET var. Retweet hər hansı bir twiti öz hesabınla təkrar paylaşmaq deməkdir.

5.Burda “dost olmaq”, “dostluq təklifi göndərmək” kimi problemlər də yoxdur. İstənilən istifadəçinin səhifəsinə girib onu “FOLLOW” (izləmək) etmək kifayətdir (Hesabınızın izlənilməsini məhdudlaşdırmaq da mümkündür).

6.Yuxarıda da qeyd etdiyimiz kimi, burda qeydlər maksimum 140 işarədir. Ona görə də əgər LİNK paylaşmaq istəyirsinizsə, yerə qənaət etmək üçün bitly.com, goo.gl və ya tr.im saytlarından istifadə edərək onu kiçildin. Cəmi 10-15 işarəlik Short link olur.

7.Əgər şəkil paylaşmaq istəyirsinizsə, twitpic.com saytına girin və rahatlıqla yükləyin.

8.Çalışın axtardığınız AÇAR sözləri ingiliscə yazasınız. Dili necə bilməyinizdən asılı olmayaraq, yazın. Əsas xəbər ötürməkdir.

Gördüyünüz kimi, bu çox sadə bir mikrobloqdur. Yazın, twitləyin...

Twitterin ofisində yazılmış divar yazısında deyildiyi kimi:

- Napoleon döyüşü uduzduğunu anlasaydı, sizcə nə edərdi?

- Yenidən twitləyərdi.



Günel Əsgərzadə
# 2712 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda "Nine Senses Fest 2025”  başlayır

Bakıda "Nine Senses Fest 2025” başlayır

12:40 30 aprel 2025
Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

12:22 30 aprel 2025
Bədii Şuranın növbəti iclası keçirildi

Bədii Şuranın növbəti iclası keçirildi

10:47 30 aprel 2025
Filmimiz Beynəlxalq Film Festivalında

Filmimiz Beynəlxalq Film Festivalında

10:45 30 aprel 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

10:16 30 aprel 2025
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

10:00 30 aprel 2025
#
#
# # #