Aqşin Yenisey ingilisin sünnət təəssüratlarını yazır

Aqşin Yenisey ingilisin sünnət təəssüratlarını yazır
26 aprel 2011
# 10:40
Bir gün bir ingilis Azərbaycanlıların uşaq kəsdirmə mərasimində, yəni ədəbi dildə desək sünnət toyunda olur. Görür ağsaqqallar məclisin yuxarı başında əyləşib çay içirlər. Döşlüklü arvadlar əllərində aşsüzən, kəfkir qaşıq, keşniş, turp dəstəsi həyətdə ora – bura dürtülürlər. Toyuq qovan kim, dovğa bullayan kim. Nəsə, it yiyəsin tanımır. Bir sürü uşaq da həyətdə o başa götürülür, çığıra – çığıra, bu başa götrülür. Birdən həyətə ağ rəngli bir «nol on bir» maşını girir. Hamı dəyir bir – birinə.

Maşından əvvəlcə qucağınağaralı bığlı bir kişi düşür. Kişi kostyumlu, qalstklu-rəsmi qiyafədə olduğuna görə ingilis elə bilir nağara çalan bizim millət vəkilidir, sadəcə nağara çalmaq xobbisidir. Sonra arıq bir oğlan yastı enli bir çamadanı (ionikanı – red) güclə dartıb maşının arxasından çıxarar. Qabaqda sürücünün yanında oturmuş üçüncü kişi isə heç qımıldanmır da. Tez ağsaqqallar gəlib onunla elə maşındaca görüşürlər, dil – ağız edirlər. İngilis yanındakından soruşur ki, qabaqda oturan sizin prezidentdir, ya milli məclisin spikeridir. Deyirlər, «a kişi nə danışırsan, o, bizim rayonun xanəndəsidir, elimizin fəxridir».

Çalğıçılar keçib onlar üçün düzəldilmiş xüsusi taxtın üstündə başlayırlar mikrofonun şunurun – zadın çəkməyə. Hərdən xanəndə - bir…bir, raz… raz – deyib səsini və mikrafonu yoxlayır. İonika çalan da bir – iki dınqıldadır, qəfildən şıdrığı bir mahnı çalırlar və düşüb gedirlər. İngilis yenə soruşur ki, bəs onlar hara getdilər. Deyirlər ki, yemək yeməyə. Sonra birdən həyətə atla bir kişi gəlir. Yenə ağsaqqalar onu hörmətlə qarşılayırlar. İngilisə başa salırsar ki, bu dəlləkdir. İngilis dəlləyin nə demək oldüğünü başa düşməsə də razılaşır.

Sonra ingilis baxıb görür ki, dəllək həyətə girən kimi ayaqyalın bir uşaq bağıra – bağıra kəndin içiylə götürüldü, beş – altı kişi də onun arxasınca. İngilis soruşur ki, bu nə məsələdir. Deyirlər ki, «o uşağın sünnət toyudur, dəlləyi görən kimi qorxusundan evdən qaçır, kişilər də onu tutub gətirəcəklər, bu gün o uşaq əsl müsəlman olacaq». Kişilər qan – tər içində hərəsi uşağın bir ayağından tutub gətirirlər.

Eyvanda yorğan döşəyin üstündə beş – altı kişi köməkləşib bağıran uşağın ayaqlarını aralayırlar və bayaq atla gələn kişi cibindən çıxartdığı ülgücə oxşar bir şeylə bağıran uşağın şeyinin ucundən bir çimdik kəsir. Arvadlardan biri tez o kəsiləni alıb qapının başına sancır, ətrafdakılar bir – bir uşağın cibinə pul qoyurlar. İngilis üzünü turşudub yanındakına deyir:

- Siz müsəlmanların ağlı bəlkə də elə şeyinizin ucundadır, onu da kəsib qapının başına taxırsınız…
# 2000 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda "Nine Senses Fest 2025”  başlayır

Bakıda "Nine Senses Fest 2025” başlayır

12:40 30 aprel 2025
Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

12:22 30 aprel 2025
Bədii Şuranın növbəti iclası keçirildi

Bədii Şuranın növbəti iclası keçirildi

10:47 30 aprel 2025
Filmimiz Beynəlxalq Film Festivalında

Filmimiz Beynəlxalq Film Festivalında

10:45 30 aprel 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

10:16 30 aprel 2025
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

10:00 30 aprel 2025
#
#
# # #