“Uşağın duası” işıq üzü gördü

“Uşağın duası” işıq üzü gördü
27 yanvar 2021
# 11:09

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın hekayələrinə son dövrlər mətbuatda tez-tez rast gəlinir. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiyanın uşaqların mənəvi dünyasını, psixoloji aləmlərini əks etdirən hekayələrdən ibarət “Uşağın duası” kitabı məhz bu dövrdə işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn kitabda bütün hekayələrin mövzusuna həsr olunmuş rəssam işlərinə rast gəlmək mümkündür.

XX əsrin 20-ci illərinin uşaqları pandemiya və Vətən müharibəsinin şahidi olublar. Sıfırlardan ibarət olan bu təqvimdə cəmiyyətin payına yuvarlaqlanmaq düşdü. Koronavirus adlı xəstəlik nəticəsində bütün dünya özünə qapanaraq, sərhədləri bağladı. Sərhədlər və qapılar bağlansa da, bütün dünyanın uşaqları birləşdi. Bu günün uşaqları gözlərinin önündə bütün dünyanı cənginə alan xəstəliklə Azərbaycan dövlətinin mübarizəsini heç vaxt unutmayacaqlarını yazan müəllif dünyamızı uşaqların duasının xilas edəcəyinə inanır.

Kitab professor Qəzənfər Paşayevin yazdığı “Ön söz”lə başlayır: “Düşünürəm ki, mövcud vəziyyətlə, əlaqədar uşaqlar üçün yazılmış ilk bədii əsərin “Uşağın duası” adlandırılması xüsusi önəm kəsb edir. Bu hekayələr dünyanın Fidan tərəfindən baxanda görünən həqiqətləridir. Diqqətimi hər şeydən əvvəl çəkən Fidanın tizfəhm müşahidə qabiliyyəti, az sözlə çox şey demək məharəti, hekayələrinin yığcamlığı oldu. Yazıçı həyata ən inandırıcı prizmadan uşaq qəlbindən baxır. Bu isə onun hekayələrinə səmimi bir ruh verir”.

# 2730 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

18:10 9 fevral 2026
Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

16:26 9 fevral 2026
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

16:23 9 fevral 2026
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

15:44 9 fevral 2026
"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

15:44 9 fevral 2026
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

15:20 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər