“Qəlbin nəğməsi” adlı musiqili albomunu ərsəyə gətirilib

“Qəlbin nəğməsi” adlı musiqili albomunu ərsəyə gətirilib
29 avqust 2020
# 11:10

Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə “Qəlbin nəğməsi” adlı musiqili albomunu ərsəyə gətirib.


Kulis.az xəbər verir ki, layihə ölkədə əlilliyi olan şəxslərin ifalarından ibarət ilk nümunədir. Albomda milli, klassik və müasir musiqi əsərləri təqdim edilir. Professional səsyazma studiyalarında yazılan ifalar zamanı müxtəlif alətlər və elektron musiqidən istifadə olunub və onlar yeni yozumda təqdim edilir.

Gallery


İfaçılar arasında görmə, hərəkət məhdudiyyəti olan şəxslərlə yanaşı, Qarabağ müharibəsi zamanı əlil olan istedadlı soydaşlarımız da yer alıb.

Layihənin daha bir özəlliyi əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi kompozisiyalardır. Albom “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil etmiş Samirə Əfəndi ilə əlilliyi olan şəxslərin ifasında dövlət himni ilə açılır. Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (Əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar təqdim edilir.

Gallery

Albom Əqli Mülkiyyət Agentliyində də qeydiyyatdan keçirilib və müəlliflik hüququna dair şəhadətnamə alıb.


Bundan başqa albom əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Muztv Azərbaycanın birgə təşəbbüsü ilə yeni "Bərabərik" silsilə verilişlər layihəsi hazırlanır. Bu ilin sonunadək olacaq silsilə verilişlərdə əlilliyi olan istedadlı şəxslərlə yanaşı, tanınmış müğənnilər, musiqişünaslar, musiqi ekspertləri, musiqi təhsil müəssisələrinin müəllimləri və professorları iştirak edəcək. Layihədə iştirak edən şəxslərin yaşları 20- 40 yaş aralığındadır. Silsilə proqramlarda iştirak edən hər bir əlilliyi olan şəxsə vokal müəllimi tutulur və onlarla peşəkar musiqi ansamblının iştirakı ilə səsyazma studiyalarında davamlı məşqlər keçirilir. Bu isə istedadlı gənclərimizin rahatlıqla professional səhnəyə çıxmalarına imkan yaradacaq.

Gallery

“Bərabərik” layihəsinin göründüyü kimi, burda əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdiriləcək. Hər bir iştirakçının həyat hekayəsi haqqında video süjet hazırlanaraq təqdim ediləcək.

# 3084 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər