"Azdrama"nın qazi əməkdaşı iki medalla təltif olundu

"Azdrama"nın qazi əməkdaşı iki medalla təltif olundu
26 dekabr 2020
# 10:45

Akademik Milli Dram Teatrının qazi əməkdaşı iki medalla təltif olunub.

Akademik Milli Dram Teatrından Kulis.az-a verilən məlumata görə, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşı, qazi Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Tərlan Əsgərli onu təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Hər bir döyüşçü Ali Baş Komandan tərəfindən təltif edildiyinə görə böyük qürur hissi keçirir. Adımı təltif olunan hərbi qulluqçuların siyahısında görəndə hədsiz çox sevindim. Cənab Prezidentə öz adımdan, ailəmiz və döyüşçü dostlarımız adından təşəkkür edirəm. Mən Vətən müharibəsinə könüllü yollanmışam. Bunu özümə borc bildim. Vətənin yanında olmalıydım. Bir neçə gün sonra yaralandım. Heç cür qəbul edə bilmirdim ki, orda müharibə getsin, mən hospitalda olum. Həkimlər sağ olsun. Mənə və bütün yaralılara çox yaxşı baxdılar. Tez sağaldım, yenidən cəbhəyə qayıtdım. Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlıda döyüşlərdə iştirak etdim. Mən on altı yaşımdan teatrda işləyirəm. Teatrımızda oynanılan vətənpərvərlik haqqında tamaşalarla böyümüşəm. Vətəni sevmək hissinə uşaqlığımdan köklənmişəm. Özümü xoşbəxt sayıram ki, torpaqlarımızın azad olunmasında mənim də payım var. Vətən nə vaxt çağırsa, əldə silah cəbhəyə yollanmağa yenə hazıram".

# 3502 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər