İyulun 18-i Ağdam Dövlət Dram Teatrında 101-ci mövsümün bağlanışı münasibəti ilə yeni tamaşanın premyerası baş tutub.
Kulis.az xəbər verir ki, Şahnaz Şahinin “Mübariz” poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşanın rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Kərim Həsənovdur.
- Gənc Tamaşaçılar Teatrının mart repertuarı
- Nəriman Həsənzadənin ƏN MƏŞHUR ŞEİRİ
- Məşhur hind aktyoru Bakıda
Tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, işıq rəssamı Anar Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.
Rolları aktyorlar Fərhad Fərhadzadə, Elmir Hümbətov, Nuranə Əliyeva, Qalib Abdullazadə, Teymur Kərimov və Vüqar Mərdanov ifa edib.
Əsərin səhnələşdirmə müəllifi Könül Məmmədovadır.