Azər Xanlaroğludan xəbər var

Azər Xanlaroğludan xəbər var
31 may 2017
# 16:43

Bir müddət əvvəl Türkiyədə ağır əməliyyat keçirən tanınmış aşıq Azər Xanlaroğlu özünü yaxşı hiss edir.

Bu barədə Kulis.az-a Azər özü məlumat verib. O, bildirib ki, müalicəsini uğurla davam etdirir: “Kəfəni yırtıb çıxdım. Allaha şükür olsun ki, hər şey yaxşı keçdi. Mənim üçün zəhmət çəkən bütün insanlara dərin təşəkkürümü bildirirəm.

Söhbət əsnasında A.Xanlaroğlu gənc yazıçı Mövludun ölümünə təəssüfləndiyini bildirib: “Heç cür inana bilmirəm ki, aramızda yoxdur. Onun ölümünü ömrümün axırınacan qəbul etməyəcəyəm.”

Qeyd edək ki, Azər Xanlaroğlu “Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #