"Azadlığım üçün sevgimi də fəda edərəm..." - Jan-Jak Russodan sitatlar

"Azadlığım üçün  sevgimi də fəda edərəm..." - Jan-Jak Russodan sitatlar
28 iyun 2026
# 10:30

Bu gün fransız filosof, yazıçı, bəstəkar Jan-Jak Russonun doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

İnsan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir. Filankəs özünü başqalarının ağası hesab edir, lakin bu düşüncəsi onun onlardan daha da qul olmasına mane olmur.

***

Sadəcə kor-koranə istəklərin ardınca getmək köləlik, özümüz üçün qoyduğumuz qanunlara tabe olmaq isə azadlıqdır.

***

Yaxşı qanunlar daha yaxşılarını gətirir, pis qanunlar isə daha pislərini.

***

Hər hansı bir şəxs dövlət işləri ilə bağlı "Bunun mənə nə dəxli var?" dediyi an, dövlət artıq itirilmiş sayılmalıdır.

Mən yalnız yeriyərkən düşünə bilərəm. Dayananda düşüncələrim də dayanır; mənim ağlım ayaqlarımla birlikdə hərəkət edir.

***

Bir torpaq sahəsinin ətrafını çəpərləyib "Bura mənimdir" deyən və buna inanacaq qədər sadəlövh insanlar tapan ilk kəs müasir cəmiyyətin əsl qurucusu oldu. Əgər o vaxt kimsə çıxıb çəpərləri söküb atsaydı və ya xəndəyi dolduraraq insanlara "Bu fırıldaqçıya qulaq asmağı buraxın; meyvələrin hamıya aid olduğunu, torpağın isə heç kimə aid olmadığını unutsanız, məhv oldunuz deməkdir" deyə qışqırsaydı, bəşəriyyəti neçə-neçə cinayətlərdən, müharibələrdən, qətllərdən, səfalət və dəhşətlərdən xilas etmiş olardı.

***

Sual vermək zənn edildiyi qədər asan bir bacarıq deyil.

***

Budur, dünyada təkəm; atam, yaxınım, dostum, cəmiyyət... bunların hamısı artıq mən özüməm.

***

Gec söz verən işini sürətlə görər.

***

Ağılın səsi yalnız ürəkdən keçə bilirsə, eşidilə bilər.

***

Mənim işim həqiqəti söyləməkdir. İnsanları ona inandırmağa ehtiyac duymuram.

***

Birlikdə ağlamağın verdiyi şirinlik qədər heç bir şey qəlbləri bir-birinə bağlaya bilməz.

***

Kişi bildikləri ilə danışar, qadın isə zövqləri ilə.

***

Şəxsi sevgim üçün dünyanı verərəm, azadlığım üçün isə sevgimi də fəda edərəm.

***

Daimi sülhün bərqərar olması tamamilə ölkələrin razılığından asılıdır. Daimi sülhün qurulması bütün ölkələrə fayda gətirir. Sülh üçün beynəlxalq bir federasiya yaradılarsa, bu qurum uzun müddət qüvvədə qala və sülhü təmin edə bilər.

***

Təbiət bizi heç vaxt aldatmır; özümüzü aldadan elə biz özümüzük.

***

Əgər insanlar Tanrı olsaydılar, özlərini demokratik şəkildə idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət forması insanlara görə deyil.

***

Ən xoşbəxt insan ən az acı çəkəndir; ən bədbəxt insan isə ən az xoşbəxtlik hiss edəndir.

***

Ey alicənab yalan! Həqiqət heç səndən üstün tutulacaq qədər gözəl olubmu?

***

Hüquqları və zövqləri əllərindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanlarını qoyarlar.

***

İnsanın azadlığı istədiyi hər şeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində qalmamasındadır.

***

İnsanlar ömrün qısa olduğunu söyləyirlər, lakin yenə də onu qısaltmaq üçün əllərindən gələni edirlər.

***

Nəzakətdən daha böyük hansı müdrikliyi tapa bilərsiniz?

***

Səbir acıdır, amma meyvəsi şirindir.

***

Sahib olduğumuz pul azadlığın, ardınca qaçdığımız pul isə köləliyin vasitəsidir.

***

Yalan sonsuz formalara girə bilər, doğruluq isə yalnız bir cür olur.

***

Qanun qalxanı altında və ədalət naminə törədiləndən daha böyük bir tiranlıq yoxdur.

***

Yaradanın əlindən çıxdığı kimi olan hər şey yaxşıdır, insanın əlində isə hər şey korlanır.

***

Yer üzünün meyvələrinin hər bir canlıya aid olduğunu və yer üzünün heç kimin şəxsi mülkü olmadığını unutmusunuzsa, deməli, məhv olmusunuz.

# 226 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər