Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında
24 oktyabr 2026
# 14:00

Deniz Vilnevün rejissorluğu ilə çəkilən "Dune: Part Three" filmi rəsmən elan olunub.

Kulis.az xəbər verir ki, ilk iki filmdə "Ən yaxşı köməkçi aktrisa" kateqoriyasında qiymətləndirilən 30 yaşlı Zendaya bu dəfə Çani obrazı ilə "Ən yaxşı aktrisa" üzrə "Oskar" mükafatına namizəd göstəriləcək.

Frenk Herbertin "Dune Messiah" romanı əsasında ərsəyə gətirilən film Pol Atreydesin imperatorluğu ələ keçirməsindən təxminən 20 il sonrakı hadisələrdən bəhs edir.

Qeyd edək ki, Ceyson Momoa, Florens Pyu, Rebekka Ferqyuson, Anya Teylor-Coy və Robert Pattinson kimi ulduzların yer aldığı "Dune: Part Three" filmi 18 dekabr tarixində kinoteatrlarda və IMAX ekranlarında nümayiş olunacaq.

# 168 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər