"Xaç atası"nın rejissorunun səhhəti ilə bağlı son durum açıqlandı

"Xaç atası"nın rejissorunun səhhəti ilə bağlı son durum açıqlandı
7 avqust 2025
# 10:50

“Xaç atası" filminin rejissoru Frensis Ford Koppola Roma şəhərində planlı ürək əməliyyatı keçirib.

Kulis.az xəbər verir ki, rəsmi açıqlamaya görə, 86 yaşlı rejissor təcili olmayan və öncədən planlaşdırılmış bir kardio prosedur üçün xəstəxanaya yerləşdirilib.

Əməliyyat həkim Andrea Natali tərəfindən həyata keçirilib və Frensis hal- hazırda istirahət edir.

Həmçinin sənətçi bu barədə instaqram platformasında da paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, o, ürəkdəki ritm pozuntusu səbəbilə illərdir ki, daimi müalicə alır.

# 176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər