"Vətən" musiqi qrupu beynəlxalq festivalda mükafat qazanıb

"Vətən" musiqi qrupu beynəlxalq festivalda mükafat  qazanıb
9 iyul 2025
# 14:36

Litvanın Şaulyay şəhərində keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalında iştirak edən “Vətən” musiqi qrupu mükafat qazanıb.

Kulis.az xəbər verir ki, xanəndə Səfalı Mirzəliyev, Ruslan Zərbaliyev (tar), Pərviz Fərhadov (kamança), Elnur Əliyevin (nağara) təmsil olunduğu sözügedən qrup folklor ansamblları nominasiyası üzrə I yerin qalibi olub. Onlar həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər.

Ümumilikdə 41 ölkənin qatıldığı müsabiqədə Azərbaycanla yanaşı Litva, Latviya, Portuqaliya, Serbiya, Rumıniya, Slovakiya, Şimali Makedoniya, Sloveniya, Macarıstan, İspaniya, Estoniya və digər ölkələr təmsil olunublar.

Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #