Türkiyədə qısa müddətdə böyük populyarlıq qazanan və qızlardan ibarət olan "Manifest" musiqi qrupu fəaliyyətini Londonda davam etdirərək beynəlxalq musiqi aləminə inteqrasiya edir.
Kulis.az xəbər verir ki, qrupun ilk ingiliscə mahnısı "Tralala" oktyabrın 9-da dinləyicilərə təqdim olunacaq.
2025-ci ildə "Big5 Türkiye" yarışması vasitəsilə yaradılan və Altı nəfərdən təşkil olunmuş qrup Kosovoda keçirilən "Sunny Hill" festivalında da çıxış edib.
Qeyd edək ki, "Manifest" oktyabrın 16-da Londonun məşhur "OVO Arena Wembley" səhnəsində Böyük Britaniyadaki ilk böyük konsertini verməyə hazırlaşır.
Türkiyənin məşhur qrupu beynəlxalq musiqi səhnəsində