Tbilisidə xalça sərgisi

Tbilisidə xalça sərgisi
24 may 2025
# 11:30

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və Türkmənistan xalçalarına həsr olunmuş sərgi təşkil edilib.

Kulis.az xəbər verir ki, sərgidə hər iki xalqın qədim xalçaçılıq ənənələri, ornamentləri və bu sənətin mədəni irsdəki rolu nümayiş olunur.

Burada Azərbaycan xalçaçılıq sənətinə aid qədim xalça nümunələri, həmçinin türkmən milli geyimləri ilə yanaşı, qədim türkmən xalçaları da nümayiş etdirilir. Bu eksponatlar həm Orta Asiya, həm də Cənubi Qafqaz bölgəsinin zəngin mədəni irsini əks etdirir və ziyarətçilərə xalqlar arasında tarixi-mədəni əlaqələri yaxından tanımaq imkanı yaradır.

Sərgi çərçivəsində interaktiv təqdimatlar, sənətşünaslarla görüşlər və xalçatoxuma texnikası haqqında təqdimatlar da həyata keçirilir.

Qeyd edək ki, bir həftə davam edəcək sərginin təşkilatçıları Azərbaycan və Türkmənistanın Gürcüstandakı Səfirlikləri və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidir

# 71 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #