Tanınmış kanadalı aktyor vəfat etdi

Tanınmış kanadalı aktyor vəfat etdi
2 sentyabr 2025
# 10:10

Tanınmış kanadalı aktyor Qrem Qrin vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, "Canavarlarla rəqslər", "Yaşıl mil", "Çətin ölüm" kimi filmlərdə rol alan aktyor 73 yaşında təbii səbəblərdən vəfat edib.

Qeyd edək ki, Qrem Qrin Kevin Kostnerin 1990-cı ildə çəkdiyi epik vestern filmi "Canavarlarla rəqslər"dəki roluna görə "Ən Yaxşı Köməkçi Aktyor" nominasiyasında Akademiya Mükafatına namizəd olub.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər