Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı
3 noyabr 2026
# 11:20

“Jojo Rabbit” filminin rejissoru Taika Vaytiti yeni ekran işinin uğursuz başlanğıcından sonra tənqidçilərə sərt münasibəti ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, rejissorun “Klara and the Sun” filmi ABŞ kinoteatrlarında ilk həftəsonunda cəmi 701 min dollar gəlir əldə edib.

Film 880 kinoteatrda nümayiş olunsa da, ölkə üzrə kassada 16-cı yerdə qərarlaşıb.

Kazuro İşiquronun eyniadlı romanı əsasında çəkilən film süni intellektlə yaradılmış Klara adlı varlığın insanları müşahidə etməsindən və insan təbiətini anlamağa çalışmasından bəhs edir. Əsər texnologiya, sevgi, yaddaş və insan olmağın mənası kimi mövzuları bir araya gətirir. Layihənin büdcəsinin 44 milyon dollar olduğu bildirilir.

Film tənqidçilərdən gözlənilən rəğbəti qazanmayıb. “Rotten Tomatoes” platformasında tənqidçilərin qiyməti 26 faiz olduğu halda, tamaşaçı göstəricisi 74 faiz təşkil edib. Vaytiti sosial şəbəkədə tənqidçiləri “itmiş”, “reallıqdan uzaq” və “artıq əhəmiyyətini itirmiş” insanlar adlandırıb. Rejissorun reaksiyası da filmin kassadakı nəticələri qədər müzakirə mövzusuna çevrilib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər