Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı
14 oktyabr 2026
# 12:10

Türkiyənin Antalya şəhərinin Kekova adası yaxınlığındakı sualtı qazıntılar zamanı Erkən Tunc dövrünə (təxminən 4400–4700 il əvvəl) aid amforalar aşkar edilib.

Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu kəşfi "Dünyanın ən qədim batığının izləri" kimi qiymətləndirib.

Hakan Önizin elmi rəhbərliyi ilə aparılan araşdırmalar Şərqi Aralıq dənizindəki qədim ticarət şəbəkəsinə işıq salır.

Aşkar edilən amforaların analizi onların İordaniya vadisindəki emalatxanalarda istehsal edildiyini göstərir.

Oxşar nümunələrin Misir, Troya və Kritdə də tapılması gəminin Levant sahllərindən çıxaraq Egey istiqamətində hərəkət etdiyini ehtimal etməyə əsas verir.

Tapıntılar arasında üzərində 9 fərqli işarə və iki dəlik olan xüsusi bir amfora da var.

Mütəxəssislər bunun pendir və ya kərə yağı hazırlamaq üçün istifadə edildiyini, dənizçilərin uzun səfərlərdə özləri ilə keçi apararaq qida ehtiyaclarını qarşıladıqlarını bildirirlər.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər