"The Haunting of Hill House" serialı ilə tanınan rejissor Mayk Flanaqanın Stiven Kinqin eyniadlı romanı əsasında "Prime Video" üçün hazırladığı 8 hissəli "Carrie" ("Kerri") serialı ciddi tənqidlərlə qarşılaşıb.
Kulis.az xəbər verir ki,narazılığa səbəb 22 yaşlı kanadalı aktrisa Sammer H. Hauellin baş rola seçilməsidir.
Roman həvəskarları baş qəhrəmanın kitabda kobud, kütləvi gözəllik standartlarından kənar və aqressiv təsvir olunduğu halda, ekranda yenidən gözəl, çəkingən və məsum göstərilməsinə etiraz ediblər.
Qeyd edək ki, hadisələri günümüzə daşıyan və sosial media bullinqini mövzuya əlavə edən yeni uyğunlaşdırmanın romandakı intiqam və tənha qadın motivlərini nə dərəcədə qoruyacağı sual altındadır.