Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü
18 oktyabr 2026
# 22:03

Oktyabrın 17-də Kişineuda (Moldova) "Quadrat" Beynəlxalq Ədəbiyyat Festivalının ikinci günü B.P.Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasında Səlim Babullaoğlunun "Rumın yazıları" kitabının rumın ədəbi ictimaiyyəti üçün təqdimatı keçirilib.

Kulis.az xəbəri verir ki, tədbirdə Moldova, Rumıniya, Türkiyə, Macarıstan, Slovakiya, İspaniya, Ukrayna, Bolgarıstan, İtaliyadan tanınmış ədiblər, ədəbiyyatşünas alimlər iştirak ediblər. Təqdimat tanınmış moldovalı şair, yazıçı, ədəbiyyatşünas-alim Qriqore Kiperin moderatorluğu ilə gerçəkləşib.

Tədbirin sonunda Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun "Ədəbi əlaqələrə töhfələrə" xüsusi mükafatı təqdim olunub.

Mərasimdən sonra Babullaoğlu Moldova radiosuna müsahibə verib.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər