Tanınmış müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.
Kulis.az xəbər verir ki, Emin Ağalarov bu barədə instaqram hesabında məlumat yayıb.
Müğənni yeni mövsümə noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində təşkil ediləcək konsertlə start verəcək.
Eminin Rusiyadakı növbəti konsertləri noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada baş tutacaq.
Sənətçinin bundan əvvəl Rusiyadakı konsert planı gərginləşən dövlətlərarası münasibətlər fonunda təxirə salınmışdı.
Qeyd edək ki, müğənni dekabrın 6-da Bakıda konsert verəcək.