"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar

"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar
23 oktyabr 2026
# 12:20

Türkiyə kinosunun ən çox izlənən komediya filmlərindən olan "Recep İvedik" yenidən ekranlara qayıdacaq.

Kulis.az xəbər verir ki, seriyanın 8-ci bölümünün treyleri "Disney+ Türkiyə" tərəfindən təqdim olunub.

Şahan Gökbakarın başrolda olduğu yeni layihə iki hissədən ibarət olacaq.

Birinci hissə "Recep İvedik 8: Bölüm 1 Veresiye" adlanır.

Yeni filmin süjet xəttinə əsasən, Recep İvedik yaxın dostu Nurullahın borclar səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşən çayxanasını xilas etməyə çalışır.

Dostunun borclarını ödəmək üçün işə düzələn Recep bu dəfə mühafizəçi geyimində tamaşaçıların qarşısına çıxır.

Çayxananı xilas etmək istəyərkən o, özünü gözlənilmədən gizli bir əməliyyatın mərkəzində tapır.

Qeyd edək ki, dəqiq nümayiş tarixi elan olunmasa da, filmin yaxın vaxtda platformada olacağı bildirilir.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər