Gələn il keçiriləcək 83-cü Qızıl Qlobus mükafatına yeni kateqoriya əlavə edilib.
Kulis.az xəbər verir ki, bundan sonra ilin ən yaxşı podkastına da mükafat veriləcək.
Mükafat həm audio, həm də video formatında yayımlanan podkastlara verilə bilər.
Namizədlər dekabrın 8-də açıqlanacaq.