Orhan Pamukdan yeni kitab: Şəxsi xatirələr, sənət dünyası və "Məsumiyyət muzeyi"

Orhan Pamukdan yeni kitab: Şəxsi xatirələr, sənət dünyası və "Məsumiyyət muzeyi"
3 iyun 2026
# 11:58

Nobel mükafatlı yazıçı Orhan Pamukun "Sözlər və rəsmlər – Seçilmiş xatirələr, yazılar və bir hekayə" adlı yeni kitabı iyunun 4-də işıq üzü görəcək.

Kulis.az xəbər verir ki, "Yapı Kredi Yayınları"nda ında çap olunan kitabda Pamukun xatirələri, ədəbiyyat fəlsəfəsi və sənət dünyası haqqındakı mülahizələri toplanıb.

Kitabda əsgərlik illərindən tutmuş ilk romanının çap olunma prosesinə qədər həyatının fərqli dövrlərinə dair xatirələrini bölüşən Pamuk ədəbiyyat ilə rəssamlıq arasındakı sıx əlaqəni də öz şəxsi təcrübəsi üzərindən təhlil edir. Müəllifin daha əvvəl müxtəlif jurnal və dövri nəşrlərdə işıq üzü görmüş yazıları bu kitab üçün yenidən nəzərdən keçirilərək redaktə olunub.

Əsərdə Orhan Pamukun unudulmaz fotoqraf Ara Gülər, dünya şöhrətli yazıçılar Umberto Eko, Pol Oster və rəssam Anselm Kifer kimi sənət fədailəri ilə qurduğu dostluqlardan bəhs edən maraqlı qeydlər yer alır. Yazıçı həmçinin atası Gündüz Pamuk və Türkiyənin ilk qadın hüquq professoru kimi tarixə düşən Türkan Rado haqqındakı xatirələrini də oxuculara təqdim edir.

Kitabın ən diqqətçəkən bölmələrindən biri isə Pamukun ən məşhur romanlarından olan "Məsumiyyət muzeyi"nə həsr edilib. Yazıçı bu hissədə roman və muzey ideyasının necə yarandığını, inkişaf mərhələlərini və muzeyin qurulma prosesini səmimi şəkildə nəql edir. Müəllif həmçinin sözügedən roman əsasında çəkilən eyniadlı serialı da personajlar və aktyor heyəti üzərindən ilk dəfə qiymətləndirir.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər