Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti
11 dekabr 2025
# 10:47

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində qalmaqdadır.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, Xalq şairinin vəziyyəti hələ də həkim nəzarətindədir:

“Nəriman müəllim hələ də reanimasiyadadır. Ola bilsin, bu gün də yenidən dializ olunsun”.

Arif Mehmandost əlavə edib ki, şairin huşu yerindədir və müalicə prosesi davam etdirilir.

Qeyd edək ki, Nəriman Həsənzadə uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir və təxminən iki aydır xəstəxanada müalicə alır.

# 418 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər