Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq
10 mart 2026
# 17:30

Martın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Kulis.az xəbər verir ki, konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.

Proqramda Azərbaycan bəstəkarlarının bahar təravətli əsərləri, vətənpərvərlik və sevgi ruhlu mahnılar səsləndiriləcək.

Musiqili gecənin proqramına həm klassik bəstəkar irsindən nümunələr, həm də xalq mahnılarının işləmələri daxil edilib. Konsertin əsas məqsədi milli bayramımız olan Novruzun gəlişini musiqinin dili ilə tərənnüm etmək və dinləyicilərə bayram əhvali-ruhiyyəsi bəxş etməkdir.

Biletləri şəhərin kassalarından əldə etmək olar.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər