Möminə Xatun türbəsi ilkin formaya uyğun bərpa ediləcək

Möminə Xatun türbəsi  ilkin formaya uyğun bərpa ediləcək
5 avqust 2025
# 17:04

Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında imzalanmış müqaviləyə əsasən 5 avqust 2025-ci il tarixdə şirkətin işçi qrupu Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər