“Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb

“Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
18 sentyabr 2025
# 09:50

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərgi barədə məlumat verib. O diqqətə çatdırıb ki, sərginin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır.

Millin Məclisin deputatı Razi Nurullayev, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva müəllifin yaradıcılığı və sərginin əhəmiyyətindən söhbət açıblar.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgi sentyabrın 21-dək davam edəcək.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər