Məşhur "Adidas" markası və amerikalı dizayner Villi Çavarria, “Oaxaca Slip-On” modelində Meksikanın Villa Hidalgo Yalalag kəndindən olan Zapotek icmasının ənənəvi dizaynını icazəsiz istifadə etdikləri üçün ictimaiyyətdən üzr istəyib.
Kulis.az xəbər verir ki, Çində istehsal olunan sözügedən modelin ilham aldığı yerli icma ilə əməkdaşlıq olmadan hazırlanması tənqidlərə səbəb olub. "Adidas" və Çavarria tanıtım materiallarını sosial mediadan silərək, zərər çəkmiş icmalarla dialoq qurmaq və kompensasiya məsələlərini müzakirə etmək istədiklərini bildirib.
2022-ci ildən bəri Meksika, yerli mədəni irsin qorunması üçün hüquqi mexanizmləri gücləndirib və bu cür hallara qarşı ciddi mövqe sərgiləyir.
Qeyd edək ki, Meksika rəsmiləri və ictimaiyyət bu hadisəni mədəni irsin mənimsənilməsi kimi dəyərləndirib.