Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə
5 oktyabr 2026
# 10:50

Çili əsilli amerikalı aktyor Pedro Paskal "Oskar" mükafatlı ssenarist və rejissor Toni Qilroyun yeni "Behemoth!" filmində Aleks Serian adlı musiqiçi obrazına həyat vermək üçün violonçel çalmağı öyrənib.

Kulis.az xəbər verir ki, ekran işi anasına baxmaq və keçmiş sevgilisindən uzaqlaşmaq üçün Los-Ancelesə köçərək orkestrə qoşulan musiqiçinin həyatından bəhs edir.

Filmdə 9 fərqli bəstəkarın hazırladığı musiqilər baş qəhrəmanı keçmişi ilə üz-üzə qoyur.

Rejissor Toni Qilroy obrazın dinamikasını qurarkən İtaliya kinosunun əfsanəsi Marçello Mastroianninin ekran obrazlarından ilhamlandığını deyib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər