Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
7 yanvar 2026
# 10:12

Rusiyalı kino və teatr aktyoru Andrey Xoroşev 66 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, faciə Suxumi şəhərindəki isti bulaqlardan birində baş verib.

Aktyor özünü narahat hiss edən bir insana kömək etmək məqsədilə suya girib, lakin hadisə faciə ilə nəticələnib.

Qeyd edək ki, Andrey Xoroşev “Həkim Jivaqo”, “Döyüşçülər” və “Admiral” filmlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər