Parisdə yerləşən Luvr Muzeyi ötən il baş verən və səkkiz kraliyyət ləl-cəvahiratının oğurlanması ilə nəticələnən qarətdən sonra təhlükəsizlik sistemini gücləndirmək üçün 2032-ci ilə qədər hər il təxminən 20 milyon avro xərcləməyi planlaşdırır.
Kulis.az xəbər verir ki, hadisədən sonra aparılan yoxlamalar köhnəlmiş infrastruktur, nəzarət kameralarının çatışmazlığı və təhlükəsizliyə ayrılan vəsaitlərin bürokratik əngəllər səbəbindən vaxtında istifadə edilmədiyini üzə çıxarıb.
İdarəetmə böhranı və rəhbər dəyişikliyi ilə üzləşən muzeydə yeni təyin olunan rəhbərlik təhlükəsizlik tədbirlərini sürətləndirsə də, aşınmış kommunikasiya xətlərinin təmiri və genişmiqyaslı modernizasiyanın maliyyələşdirilməsi əsas çətinlik olaraq qalır.
Fransa Prezidenti Emmanuel Makronun təqdim etdiyi 1 milyard avroluq yenilənmə layihəsi isə ölkədəki büdcə gərginliyi fonunda həmkarlar ittifaqlarının və ictimaiyyətin ciddi tənqidinə səbəb olur.