Luvr muzeyi bağlandı - Səbəb

Luvr muzeyi bağlandı - Səbəb
16 dekabr 2025
# 10:10

Parisə gələn ziyarətçilərin əsas ünvanlarından olan Luvr muzeyi bu gün fəaliyyətini dayandırıb.

Kulis.az xəbər verir ki, muzeyin rəsmi açıqlamasına əsasən, təxminən 400 əməkdaş maaşların azlığı və iş şəraitinin qənaətbəxş olmaması səbəbilə tətilə çıxıb.

Məhz bu səbəbdən muzey müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, son aylarda Luvrda ardıcıl problemlər yaşanır. Oktyabrın 19-da muzeydə oğurluq hadisəsi qeydə alınıb, noyabr ayında isə Kampana qalereyası tavan konstruksiyasının çökmə riski səbəbilə ziyarətçilər üçün bağlanıb. Həmin ay ərzində baş verən başqa bir insident zamanı su borusunun partlaması nəticəsində Misir qədim abidələri şöbəsinin kitabxanasında 300–400 kitab zərər görüb.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər