Londondakı Milli Portret Qalereyası britaniyalı rəssam Helen Kamokun Uinston Çörçilli 1943-cü il Benqaliya aclığında ittiham edən qalmaqallı videoinstalyasiyasını sərgidən yığışdırıb.
Gazeta.ru xəbər verir ki, rəssamın Çörçilli Oliver Kromvellə müqayisə edərək irəli sürdüyü "qəsdən acından öldürmə" ittihamı tarixçilərin və Lordlar Palatası üzvlərinin kəskin etirazına səbəb olmuş və əsərin ləğv edilməsi üçün açıq məktub imzalanmışdı.
"Turner" mükafatı laureatı olan Kamok təzyiqlərdən sonra instalyasiyanı öz istəyi ilə yığışdırmağa qərar versə də, sənət qurumlarına yönələn xarici təzyiqlərin artmasından və ifadə azadlığının məhdudlaşdırılmasından narahatlığını ifadə edib.