Kirkorov axtarışa verildi

Kirkorov axtarışa verildi
16 dekabr 2025
# 12:49

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Xalq Artisti Filipp Kirkorovu axtarış siyahısına daxil edib.

Kulis.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, müğənninin adı UTX-nin məlumat bazasına hələ 30 oktyabrda salınıb, lakin bu fakt ictimaiyyətə yalnız dekabrın 16-da açıqlanıb.

Məlumata görə, Ukrayna təhlükəsizlik qurumu Filipp Kirkorovu Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrinə giriş-çıxış qaydalarını pozmaqda günahlandırır. Bu hərəkətlər Ukraynanın milli maraqlarına zidd addımlar kimi qiymətləndirilib.

Qeyd edək ki, oktyabrın sonunda Ukrayna Baş Prokurorluğu da Kirkorova Krımda keçirdiyi konsertlərlə bağlı qiyabi ittiham irəli sürüldüyünü bəyan etmişdi.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər