İnsultdan səhnəyə qayıdan Xalq artisti- İlham Əsgərov

İnsultdan səhnəyə qayıdan Xalq artisti- İlham Əsgərov
6 sentyabr 2025
# 14:30

6 sentyabr azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Xalq artisti İlham Əsgərovun anım günüdür.

Kulis.az bu münasibətlə aktyorun həyat və yaradıcılığı barədə maraqlı faktları təqdim edir.

İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunda anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.

1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

2010-cu ildə beyin insultu keçirib və şəkər xəstəliyindən əziyyət çəkib

Buna baxmayaraq, sənət fəaliyyətini davam etdirməyə çalışıb.

İlham Əsgərov həm klassik, həm də müasir tamaşalarda müxtəlif obrazlar yaratmaqla tanınıb.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

9 may 2012-ci il, 30 aprel 2014-cü il və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Mirzə İbrahimovun "Közərən ocaqlar" əsərində Əli , Hüseyn Cavidin "İblis" əsərində Ərəb, Bəxtiyar Vahabzadənin "Fəryad" əsərində Loğman və Əmir, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərində Nicat obrazlarını daha çox sayda obrazları canlandırıb.

6 sentyabr 2015-ci ildə Bakıda, 57 yaşında vəfat edib.

Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib.

İlham Əsgərov Kərbala ziyarətində olub.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər