Helen Mirrendən açıqlama: “Ceyms Bond kişi qalmalıdır”

Helen Mirrendən açıqlama:  “Ceyms Bond kişi qalmalıdır”
19 avqust 2025
# 13:10

Yeni “James Bond” filmi "Amazon MGM Studios" tərəfindən hazırlanır.

Kulis.az xəbər verir ki, filmin rejissoru Denis Villeneuve, ssenari müəllifi isə Steven Nayt olacaq.

Daniyel Kreyqdən sonra Bond roluna Aron Teylor Conson, Killian Mörfi, Teyo Ceyms, İdris Elba kimi adların namizədliyi irəli sürülüb.

Digər ehtimallara görə, Ququ Mbata Ro və ya Tilda Svinton obrazı qadın kimi canlandıra bilər.

Oskar mükafatlı Helen Mirren isə Bondun kişi qalmalı olduğunu, əks halda obrazın mahiyyətini itirəcəyini bildirib.

Qeyd edək ki, keçmiş Bond aktyoru Pirs Brosnan da bu fikri dəstəkləyib.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər