"Halk TV"yə qarşı əməliyyat: 11 nəfər saxlanıldı

"Halk TV"yə qarşı əməliyyat:  11 nəfər saxlanıldı
14 oktyabr 2026
# 11:00

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış keçirilib və 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

Kulis.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, əməliyyat zamanı 11 nəfər saxlanılıb.

Dörd şübhəlinin xaricdə olduğu, birinin həbsdə saxlanıldığı müəyyən edilib, digər şübhəlinin tutulması istiqamətində isə tədbirlər davam etdirilir.

İstintaq Cafer Mahiroğlu barəsində rüşvət, tender proseslərinə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması iddiaları üzrə aparılır.

İş çərçivəsində əlaqəli olduğu bildirilən şirkətlərə əl qoyulması və Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun həmin şirkətlərə qəyyum təyin edilməsi barədə qərar verilib.

Prokurorluğun məlumatına görə, tender prosesləri ilə bağlı 14 milyon 464 min lirə məbləğində qeydə alınmamış rüşvət ödənişinin edildiyi, bəzi işlərdə isə tender məbləğlərindən yüksək ödənişlərin həyata keçirildiyi iddia olunur.

İstintaq materiallarında şirkətlərlə əlaqəli maliyyə əməliyyatlarının ümumi həcminin 30 milyard lirəni (təxminən 1 milyard manatdan çox) keçdiyi də bildirilir.

Qeyd edək ki, irəli sürülən ittihamlar üzrə istintaq davam edir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər