"ChatGPT"də yeni funksiya

"ChatGPT"də yeni funksiya
23 dekabr 2025
# 11:21

“OpenAI” şirkəti “ChatGPT” tətbiqinə danışıq üslubunun fərdiləşdirilməsi funksiyasını əlavə edib.

Kulis.az xəbər verir ki, tətbiqin fərdiləşdirmə bölməsində istifadəçilərə süni intellektin cavab tərzini tənzimləmək üçün 4 əsas parametr təqdim olunur:

Cavabların səmimilik və istilik dərəcəsi

Həyəcan və entuziazm səviyyəsi

Siyahı və altbaşlıqlardan istifadə üstünlüyü

Emojilərə meyl


Hər bir parametr ayrıca şəkildə “daha çox”, “daha az” və ya “standart” seçimləri ilə tənzimlənə bilir. Bu funksiya sayəsində “ChatGPT” istifadəçinin zövqünə və üslubuna daha uyğun cavablar təqdim edir.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər