Cennifer Lopezin konserti televiziyada təqdim olunacaq

Cennifer Lopezin konserti  televiziyada təqdim olunacaq
24 noyabr 2026
# 14:12

Cennifer Lopezin Las-Veqasdakı konsert proqramı bu həftə televiziya tamaşaçılarına təqdim olunacaq.

Kulis.az xəbər verir ki, “The JLO Show: Live in Las Vegas” adlı xüsusi proqram noyabrın 26-da CBS kanalında və "Paramount+" platformasında yayımlanacaq.

Ekran işi müğənninin 2026-cı il martın 28-də başa çatan 12 konsertlik rezidensiyasının final çıxışını əks etdirir.

Konsertdə Lopezin ən məşhur hitləri ilə yanaşı, orkestr və xorun iştirakı ilə hazırlanmış musiqi nömrələri, rəqs quruluşları və səhnə effektləri yer alacaq. Proqram sadəcə canlı ifaların qeydi deyil: müğənninin karyerası, şəxsi həyatı və səhnəyə gəlib çatdığı yol da şounun dramaturgiyasına daxil edilib. Səhnədə 16 rəqqasın iştirakı ilə hazırlanmış nömrələrə xüsusi yer ayrılıb.

"Paramount+" platformasında proqramın genişləndirilmiş versiyasının da yayımlanacağı bildirilir.

# 46 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər