Bred Pittin yeni layihəsinin treyleri yayımlandı

Bred Pittin  yeni layihəsinin treyleri yayımlandı
23 oktyabr 2026
# 11:40

Rəqəmsal yayım plartforması "Netflix" kino həvəskarlarının böyük maraqla gözlədiyi "The Further Mis-Adventures of Cliff Booth" ("Kliffin növbəti uğursuz macəraları") filminin rəsmi treylerini paylaşıb.

Kulis.az xəbər verir ki, 62 yaşlı Hollivud ulduzunun filmdəki yeni imici — uzadılmış sarı saçları və Bığ stili izləyicilərin təəccübünə səbəb olub.

Kventin Tarantinonun "Once Upon a Time... in Hollywood" ("Bir zamanlar Hollivudda") filmindəki məşhur kaskadyor Kliff But obrazını yenidən canlandıran Pitt bu dəfə fərqli bir hekayə ilə qarşımızdadır.

Filmin ssenarisi Kventin Tarantino tərəfindən qələmə alınıb, rejissor kürsüsündə isə Devid Finçer əyləşib.

Orijinal hekayədən 8 il sonranı — 1977-ci ili əks etdirən filmdə keçmiş kaskadyor Kliff But artıq Hollivudun qaranlıq işlərini, qanunsuz problemlərini həll edən şəxsə çevrilir.

Filmdə Bred Pitt ilə yanaşı Elizabet Debiki, Skott Kaan, Karla Qucino, Yəhya Abdul-Matin II və Piter Veller kimi məşhur simalar rol alıb.

Qeyd edək ki, "The Further Mis-Adventures of Cliff Booth" filmi 25 noyabr tarixindən etibarən IMAX kinoteatrlarında, 23 dekabr tarixindən isə "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər